Sabirabadda qonşusunun maaş kartını oğurlayan şəxs tutulub


Digərləri 06 İyl 2018 11:11:00 287 0

Sabirabadda qonşusunun maaş kartını oğurlayan şəxs tutulub

İyulun 5-də Sabirabad Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini Z.Mirzəyeva iyun ayının 30-na keçən gecə mənzilindən maaş kartının oğurlandığını və hesabındakı 500 manatın çıxarıldığını bildirib.

Bakı. İyulun 5-də Sabirabad Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini Z.Mirzəyeva iyun ayının 30-na keçən gecə mənzilindən maaş kartının oğurlandığını və hesabındakı 500 manatın çıxarıldığını bildirib. DİN-dən Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qonşu qadın qısa müddətdə müəyyən edilərək saxlanılıb.