Qəbələ Sloveniya toplanışını başa vurdu


İdman 06 İyl 2018 10:50:00 232 0

Qəbələ Sloveniya toplanışını başa vurdu

2018/19 mövsümünə hazırlaşan Qəbələ Sloveniya toplanışını başa vurub.

Goal.az xəbər verir ki, “qırmızı-qaralar” iyunun 20-də start götürən hazırlıqların 16-cı gününü bir məşqlə yekunlaşdırıb. Günün ilk yarısına təsadüf edən hazırlıq prosesi bərpaedici çalışmalardan ibarət olub. Bu məşqlə toplanışı yekunlaşdıran Qəbələ günün ikinci yarısında vətənə dönüb.

Xatırladaq ki, “qırmızı-qaralar” iyunun 20-dən iyulun 5-dək davam edən hazırlıq prosesində 3 yoxlama oyunu keçirib. Komanda Albaniyanın Kukesi (1:1), Xorvatiyanın Dinamo (0:2) və Polşanın Krakoviya (0:1) klubları ilə qarşılaşıb.