XİN: Ermənistanın süni şəkildə Azərbaycan ərazilərinin işğalına əsaslanan status-kovunu davam etdirməsi ciddi gərginliklər yaradır


Digərləri 06 İyl 2018 10:41:00 244 0

XİN: Ermənistanın süni şəkildə Azərbaycan ərazilərinin işğalına əsaslanan status-kovunu davam etdirməsi ciddi gərginliklər yaradır

Ermənistanın süni şəkildə Azərbaycan ərazilərinin işğalına əsaslanan status-kovunu davam etdirmək cəhdləri ciddi gərginliklərə səbəb olur ki, bunun da məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür.

Bakı. Ermənistanın süni şəkildə Azərbaycan ərazilərinin işğalına əsaslanan status-kovunu davam etdirmək cəhdləri ciddi gərginliklərə səbəb olur ki, bunun da məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür. Trend-in məlumatına görə, bu barədə XIN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Ağdərə və ətraf kəndlərin işğalının 25-ci ildönümü ilə əlaqədar açıqlamasında deyilir. Açıqlamada deyilir ki, 7 iyul tarixində Azərbaycanın Tərtər rayonunun tərkibinə daxil olan Ağdərə və ətraf kəndlərin işğalından 25 il ötür: "Məlum olduğu kimi, Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi təcavüzə başlayana qədər Ağdərə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin 5 rayonundan birinin inzibati mərkəzi idi. 1989-cu ildə SSRİ tərəfindən aparılmış son əhalinin siyahıya alınmasına görə rayonun 14 kəndində 14 min azərbaycanlı əhali yaşayırdı. Bu göstəriciyə görə Ağdərə azərbaycanlı əhalinin sayına görə Şuşadan sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan beş inzibati rayondan biri idi. Ərazidə zəngin daş kömür, əhəngdaşı, qızıl və mis yataqları, qurğuşun, sink yataqları, habelə Tərtər çayı üzərində Sərsəng su elektrik stansiyası vardır. Rayonun 75059 min hektar ərazisi (rayonun ərazisinin 44 faizi) nadir və qiymətli ağac növləri olmaqla meşə massivləri ilə örtülü idi. Ağdərənin köklü Azərbaycan əhalisinin tam etnik təmizləməsi ilə müşayiət olunan işğalı nəticəsində Azərbaycan xalqına məxsus mədəni irsinin talan edildi, xüsusiyyətləri saxtalaşdırıldı və infrastrukturu dağıdıldı.