BANM-ın tələbələri “ClimateLaunchpad Azerbaijan 2018”in qalibi olublar (FOTO)


Digərləri 06 İyl 2018 10:36:28 283 0

BANM-ın tələbələri “ClimateLaunchpad Azerbaijan 2018”in qalibi olublar (FOTO)

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri 46 ölkənin iştirak etdiyi dünyanın ən böyük “cleantech” (təmiz texnologiya) startup akselerasiya proqramı olan "ClimateLaunchpad“ın “ClimateLaunchpad Azerbaijan 2018” ölkə finalının qalibi olublar.

Bakı. Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri 46 ölkənin iştirak etdiyi dünyanın ən böyük “cleantech” (təmiz texnologiya) startup akselerasiya proqramı olan "ClimateLaunchpad“ın “ClimateLaunchpad Azerbaijan 2018” ölkə finalının qalibi olublar. Ali Məktəbdən Trend-ə verilən məlumata görə, “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr – Elmar Əsgərzadə, Hüseyn Əliyev, Murad Rəhimov, Alexandr Oborovsky və onların elmi rəhbərləri Əmir Reza Vəxşuri özlərinin “ThermoNorth” (Maşın mühərrikini optimal temperaturda saxlayan faza dəyişən maddəsi (PCM)) layihəsi ilə qatılıblar. “ClimateLaunchpad” proqramı ümumi 4 mərhələdən ibarətdir: Kamp, İntensiv ölkədaxili akselerasiya proqramı, Ölkə finalı və Dünya finalı. Proqramda istənilən cleantech layihəsi və ya ideyası – mobil tətbiq, texnoloji cihaz, kimyəvi reaksiya, mexaniki qurğu, alternativ enerji mənbəsi və s. ola bilər.