FAO yaxın vaxtlarda Azərbaycanda 3 layihənin icrasına başlayacaq (FOTO)


Digərləri 06 İyl 2018 10:22:00 226 0

FAO yaxın vaxtlarda Azərbaycanda 3 layihənin icrasına başlayacaq (FOTO)

FAO-nun Azərbaycanla əməkdaşlıq müqaviləsi var və bu müqaviləyə uyğun olaraq çox yaxında 3 layihənin icrasına başlanılacaq.

Bakı. FAO-nun Azərbaycanla əməkdaşlıq müqaviləsi var və bu müqaviləyə uyğun olaraq çox yaxında 3 layihənin icrasına başlanılacaq. Trend-in məlumatına görə, bunuBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevlə keçirdiyi görüşdə deyib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak rəhbərlik etdiyi ofisin Azərbaycanda reallaşdırdığı layihə və proqramlar barədə məlumat verib, FAO-nun gələcək planlarından danışıb.