Tbilisidə DƏHŞƏTLİ QƏZA:


Digərləri 06 İyl 2018 10:07:00 271 0

Tbilisidə DƏHŞƏTLİ QƏZA:

Bu gün səhər saatlarında Tbilisinin Diğomi rayonunda, Marşal Gelovani prospektində ağır yol qəzası baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, yanacaq doldurma məntəqəsinin yaxınlığında iki minik maşını və bir marşrut taksisi toqquşub. 

Hadisə nəticəsində minik maşınlarının birində olan üç nəfər ölüb. İlkin məlumatlara əsasən, onlar Azərbaycan vətəndaşlarıdır.  Minik maşını Azərbaycan nömrə nişanlıdır.

Qəza zamanı daha iki nəfər xəsarət alıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaqa başlayıb.