Lənkəranda 6 yaşlı uşaq kimyəvi maye içib


Sosial 06 İyl 2018 09:32:24 341 0

Lənkəranda 6 yaşlı uşaq kimyəvi maye içib

Onun ağız boşluğu və qida borusuna ciddi ziyan dəyib

Lənkəran rayonunda 6 yaşlı uşaq kimyəvi maye içib.

"Report"un Cənub bürosunun xəbərinə görə, hadisə ucqar dağ kəndi olan Günəhirdə baş verib.

6 yaşlı Nihad Kamran oğlu Mirzəyev plastik butulkada olan kimyəvi rəng qarışdırıcısını (pastvaritel) su əvəzinə içib. Nəticədə ağız boşluğu və qida borusuna ciddi ziyan dəyib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan azyaşlıya zəruri tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti qənaətbəxşdir.