Bakıda piyada zolağından keçən qadını maşın vurdu


Digərləri 06 İyl 2018 09:31:00 249 0

Bakıda piyada zolağından keçən qadını maşın vurdu

Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report-a istinadən xəbər verir ki, 1964-cü il təvəllüdlü Həsənova Yeganə Kərim qızı 8-ci kilometr bazarının qarşısında piyada keçidindən keçərkən onu minik avtomobili vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Sürücü faktla əlaqədar olaraq Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib.