Merkel Almaniyanın nüvə razılaşmasından çıxmağı planlaşdırmadığını təsdiqləyib


Dünya 06 İyl 2018 08:52:00 225 0

Merkel Almaniyanın nüvə razılaşmasından çıxmağı planlaşdırmadığını təsdiqləyib

Almaniyanın kansleri Angela Merkel, İran prezidenti Həsən Ruhaniyə Berlinin nüvə razılaşmasından çıxmaq niyyətində olmadığını və həmin istiqamətdə işlərin davam etdirəcəyini təsdiqlədi. Son.az Trend-ə istinadən bildirir ki, bu haqda Ruhaninin rəsmi internet saytında deyilir.

Ruhani ilə telefon danışığında kansler qeyd edib ki, İrana təqdim edilən təkliflər paketi yalnız müqavilənin qorunması ilə bağlı əsas sualları əhatə edir və ətraflı məlumatların hazırlanması üçün danışıqların aparılması zəruridir.