Təyyarə qəzaya uğrayıb, ölənlər var


Dünya 06 İyl 2018 08:48:00 202 0

Təyyarə qəzaya uğrayıb, ölənlər var

İyunun 5-i Taylandın şimal-qərbində yerləşən Mae Hong Son əyalətində hava limanından ayrıldıqdan sonra radar ekranlarından itmiş tək motorlu təyyarənin düşməsi nəticəsində üç nəfər həlak olub, biri ağır yaralanıb. Bu haqda Trend "The Nation" qəzetinə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, qəza yerində axtarış qrupu hava limanından 30 kilometr şimalda itən dörd nəfərlik təyyarədən sağ qalan bir nəfər sərnişinini tapıb. Onun vəziyyəti haqqında dəqiq məlumat yoxdur. Digər bir sərnişin və iki pilot ölüb.