Bakıda piyada zolağından keçən qadını maşın vurub


Sosial 06 İyl 2018 08:29:35 230 0

Bakıda piyada zolağından keçən qadını maşın vurub

Sürücü məsuliyyətə cəlb edilib

Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1964-cü il təvəllüdlü Həsənova Yeganə Kərim qızı 8-ci kilometr bazarının qarşısında piyada keçidindən keçərkən onu minik avtomobili vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Sürücü faktla əlaqədar olaraq Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib.