Həmkəndlilər birbirini bıçaqlayıb


Kriminal 06 İyl 2018 08:07:00 226 0

Həmkəndlilər birbirini bıçaqlayıb

starada həmkəndlilər bir-birini bıçaqlayıb. Son.az APA-ya istinadən bildirir ki, hadisə Seləkəran kəndində baş verib.

Belə ki, əvvəlcə spirtli içki qəbul edən 1950-ci il təvəllüdlü Ramiz İsmayıl oğlu Yaqubovla, 1977-ci il təvəllüdlü Ramin İman oğlu Həsənov arasında mübahisə düşüb. Sonda baş verən dava zamanı isə həmkəndlilər bir-birini bıçaqlayıb.

Hər iki yaralı əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətləri ağır olduğundan Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilərək lazimi tədbirlər görüldükdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.