Tanzaniyada bloggerlərdən vergi tutulur


Digərləri 06 İyl 2018 07:48:00 253 0

Tanzaniyada bloggerlərdən vergi tutulur

Onlayn biznesin, eləcə də sosial şəbəkələrin vergiyə cəlb edilməsi ilə bağlı dünyada münasibətlər hələ tam formalaşmayıb və bu sahədə axtarışlar davam edir.

Son.az vergiler.az saytına istinadla bildirir ki, atılan bəzi addımlar təəccüb doğurur. Belə ki, Tanzaniyada öz onlayn bloqunu yaratmaq istəyənlər büdcəyə 900 dollar məbləğində lisenziya yığımı ödəməlidirlər.

Yeni qüvvəyə minmiş qanuna əsasən, bloq yaratmaq məqsədilə ərizə vermək üçün 44, ilkin lisenziya üçün 442, illik yığım kimi isə 442 ABŞ dolları məbləğində vəsait ödənilməlidir.