Azərbaycanda uşaqlar üçün proqramlar, oyunlar yaşa görə təsnifata bölünəcək - Hansı formada?


Digərləri 06 İyl 2018 07:48:06 261 0

Azərbaycanda uşaqlar üçün proqramlar, oyunlar yaşa görə təsnifata bölünəcək - Hansı formada?

Azərbaycanda yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsulunun ekspertizasının hansı formada keçiriləcəyi müəyyən edilib.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsulunun ekspertizasının hansı formada keçiriləcəyi müəyyən edilib. Trend-in məlumatına görə, bununla bağlı tələblər və şərtlər Milli Məclisdə I oxunuşda qəbul edilən "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsulunun ekspertizası müvafiq icra hakimiyyəti orqanından ixtisas attestatı almış fiziki şəxslər (ekspertlər) tərəfindən həyata keçiriləcək. Şəxsə ixtisas attestatının verilməsi üçün onun işlədiyi hüquqi şəxs (ekspert təşkilatı) bu barədə müvafiq icra hakimiyyəti orqanına müraciət edəcək. Ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılmasını və onların fəaliyyətinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirəcək. İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədə olma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçiriləcək.