İnternetdə yeni virus yayılıb


Digərləri 06 İyl 2018 07:21:00 376 0

İnternetdə yeni virus yayılıb

Bolqarıstanın kibertəhlükəsizlik sahəsi üzrə "VessOnSecurity" təxəllüslü tədqiqatçısı "Twitter" səhifəsində yeni virus aşkarlaması barədə məlumat verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ekspertin sözlərinə görə, zərərli proqram təminatının işi 2016-cı ildə həyata keçirilən "DDoS" hücumu zamanı dünyanın bir neçə ölkəsini internetə çıxışdan məhrum edən "Mirai" botnetinin fəaliyyətinə bənzəyir.

Bildirilir ki, bir neçə gün sonra tədqiqatçı virusun yayılma xəritəsini dərc edib. "Həmişə olduğu kimi, birinci yerdə ABŞ qərarlaşıb. Çoxsaylı unikal "IP" və "URL" ünvanları xüsusilə diqqət çəkir. Buna səbəb isə "Mirai" botnetinə oxşar virusdur", - ekspert qeyd edib.

Məlumata görə, naməlum virus vasitəsilə hücumların sayı hər saat artır - iyulun 1-nə olan məlumata görə, zərərli proqram təminatı hər 1,2 saniyədə hücum həyata keçirib.