Virtual pul bazrı "oynayır"


Digərləri 06 İyl 2018 07:03:50 340 0

Virtual pul bazrı "oynayır"

Dünyada ən populyar kriptovalyuta olan bitkoin bu gün bahalaşıb

Bakı. Dünyada ən populyar kriptovalyuta olan bitkoin bu gün bahalaşıb. Trend-in məlumatına görə, bitkoin 6,6 min dollar həddini yenidən keçib. "CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 1,8% bahalaşaraq 6 619 dollar təşkil edib. Alternativ kriptovalyutalar da bahalaşıb. Belə ki, "Ethereum" 3,11% və ya 475,38 dollaradək bahalaşıb, "Ripple" 1,89% (0,49 dollara qədər), "Bitcoin Cash" 0,93% (764,21 dollaradək) bahalaşıb. Kriptovalyuta bazarının kapitallaşması hazırda 271,89 milyard dollar təşkil edir və bunun 41,7 faizi bitkoinin payına düşür.