Praqada qaz sızması səbəbindən 500-dən çox insan təxliyyə olunub


Dünya 06 İyl 2018 00:55:15 271 0

Praqada qaz sızması səbəbindən 500-dən çox insan təxliyyə olunub

Hadisə şəhərin tarixi ərzisində baş verib

Çexiyanın paytaxtı Praqanın mərkəzi Masna küçəsində yerləşən evlərdən birində böyük qaz sızması səbəbindən 500-dən çox adam təxliyyə olunub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, şəhərin tarixi rayonunda ictimai nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Təhlükəsizlik məqsədi ilə kənar şəxslərin, həmçinin media nümayəndələrinin binaya girişi qadağandır.

Hadisə yerində föqəladə xidmətlərin əməkdaşları işləyir.