Onun sizi necə tərk edəcəyini öyrənin! –


Digərləri 05 İyl 2018 23:50:00 336 0

Onun sizi necə tərk edəcəyini öyrənin! –

Hər kəs həyatının müəyyən dövründə sevir, sevilir, tərk edir və ya tərk edilir. Hamı istəyər ki, tərk edilərkən vəziyyətə tez uyğunlaşsın və buna hazır olsun. Bunun üçün sevgilinizin bürcünü bilməyiniz kifayətdir. Belə ki, onun bürcünə baxaraq ayrılıq qərarından sonra başınıza nələrin gələ biləcəyindən və ya sevgilinizin sizi hansı bəhanələrlə tərk edə biləcəyindən xəbərdar ola bilərsiniz.

Qoç

Son.az gencaile.az-a istinadən bildirir ki, əgər Qoç bürcü altında dünyaya gələn biri ilə sevgilisinizsə, diqqətli olun. Çünki sizi hər an tərk edə bilər. Bir anın içində baş verən bu ayrılığın səbəbini belə anlamaz, sadəcə, öz suallarınızla baş-başa qalarsınız. Aylar, hətta illər keçər, onu unutmağa başladığınız anda qarşınıza çıxıb bağışlaтması üçün yalvara bilər. Bir daha eyni xəyal qırıqlığını yaşamaq istəyirsinizmi? Buna özünüz qərar verin.

Buğa

Sevgiliniz buğa bürcündəndirsə, ayrıldığı dəqiqədən etibarən qeyb olacaq. Sizinlə bütün əlaqələrini kəsəcək. "Facebook"da, "İnstagram"da, telefonda - bir sözlə, hər yerdə sizi blok edəcək. Sanki belə bir adam heç mövcud olmayıbmış kimi...

Əkizlər

Ayrılan kimi başqa namizədlərə meyil edə bilərlər. Hətta bir vaxtlar sevgili olduğunuzu da inkar edə bilər. Bir gün qarşılaşsanız, mütləq bu cümləni eşidəcəksiniz: "Səni heç vaxt sevməmişəm".

Xərçəng

Sizi həyatından çıxarar, ancaq ən yaxın adamlarınızla (dostlarınız, ailəniz) görüşməyə davam edər.

Şir

Şir bürcündən ayrılmısınızsa, bilin ki, yaxında bütün sirləriniz açılacaq. Aslan bürcündən olanlar çox qəddardırlar. O, sizi biabır etməyə and içəcək.

Qız

Bütün dostlarınızı əlinizdən alacaq. Hər cür üsula əl ataraq hamını sizdən uzaqlaşdıracaq. Beləliklə, tənha və bədbəxt hiss etməyinizə nail olacaq.