Gəncənin icra başçısına qarşı suiqəsddən kimlər yararlanmaq istəyir?


Digərləri 05 İyl 2018 23:51:00 323 0

Gəncənin icra başçısına qarşı suiqəsddən kimlər yararlanmaq istəyir?

Yutube kanalında Gəncədə icra başçısına qarşı sui -qəsd törədən Yunis Səfərovun xanımı olduğu iddia edilən bir qadının səs yazısı yayılıb.

Son.az musavat.com-a istinadən bildirir ki, orada guya Yunisin "xanımı" sui-qəsd əməlinin motivini izah edir.

Xanım iddia edir ki, baş verən hadisə şəxsi qisas zəmnində deyil, Yunisin icra başçısı Elmar Vəliyev tərəfindən guya təhqir edildiyi iddia olunan bacısı 9 ildir Gəncəyə, ümumiyyətlə, Azərbaycana gəlmir. Qadın səsi iddia edir ki, məsələdə dini amil əsasdır: "Yunis İmam Hüseyn əleyhisəlamın qisasını aldı. Çünki o, dəfələrlə müsəlmanları, İmam Hüseyni təhqir edib. Aşura günü şərab festivalı keçirib", deyə, qadın iddia edib. O deyib ki, Elmar Vəliyev Gəncə sakinlərini, hər kəsi söyüşlərlə təhqir edirdi: "Yunisin Elmar Vəliyevi vurmaq səbəbi budur. Onun Elmarla heç bir ədavəti yox idi. Allah ona bütün nemətləri vermişdi. Həm evi var idi, maşını var idi, özü "yurist"lik oxumuşdu. Dünya nemətlərindən bir insanın payına düşəcək hər şeyi var idi. Lakin onun içindəki qeyrəti qoymadı evində rahat otursun. Deyirdi, necə mən evimdə rahat oturum ki, Hacı Taleh 3 körpə uşağından ayrıdı, ona uzun həbs veriblər, necə rahat oturum ki, qardaşlar zindandadı... Elmar Vəliyev dəfələrlə İmam Hüseyn yazılan plakatları cırıb... Qoy hamı bilsin ki, Yunis öz şəxsi məqsədlərinə görə bu işi görməyib, İmam Hüseynin qisasını alıb, Gəncə camaatının hayıfını alıb. Çox qürurluyam, Allaha şükürlər olsun..."