Mingəçevir: hadisə rayonu Mirşahin 1 saylı qaynar nöqtədə VİDEO


Digərləri 05 İyl 2018 23:54:00 394 0

Mingəçevir: hadisə rayonu  Mirşahin 1 saylı qaynar nöqtədə  VİDEO

Real TV -nin rəhbəri Mirşahin Ağayev ölkənin 1 saylı qaynar nöqtəsində - Mingəçevir İES -də olub, oradan reportaj hazırlayıb.

Son.az həmin reportajı təqdim edir

Bu gün Sizinlə xüsusi buraxılışda görüşürük. Bizi buna ölkədə baş verən bir sıra qaranlıq məsələlər vadar etdi. Mingəçevir istilik elektrik stansiyasında baş verən qəzadan sonra ölkəyə özü boyda qaranlıq çökdü.

Respublikada əslində fövqəladə vəziyyət yarandı. Bu qəza hamı üçün bir sınaq oldu. Firavanlığın, abadlığın, rahatlığın böyük tənəffüs rejimində yaşamağa öyrəşdirdiyi Azərbaycan insanı qəflətən gözlənilməz şəraitə düşdü.

İşıqları söndü. Şiddətli istidə kondisioneri, soyuducusu, televizoru, lifti dayandı. Metrosu dayandı. Bütün həyat "stəndbay" rejiminə keçdi. Və o bu vəziyyətdən ləyaqətlə çıxmalı idi. Müharibə aparan bir ölkə, onun vətəndaşı belə hallara əslində bir məşq, təlim kimi də yanaşa bilər.

Niyə də yox? İşıqsız da, qazsız da, susuz da yaşamağı bacarmalıyıq. Babalarımız ikinci dünya müharibəsindən keçməyib? Bu gün də dünya müharibəsidir. Sadəcə bu müharibədə silahlar, tətbiq olunan döyüş taktikası, istifadə olunan avadanlıqlar fərqlidir. Hər şey bu qədər sadə.


Xəbərə aid video