Mələklər insanların qan tökən olacağını haradan bilirdilər?


Digərləri 05 İyl 2018 23:40:00 349 0

Mələklər insanların qan tökən olacağını haradan bilirdilər?

Qurani Kərimdə bəzi mətləblər aşkar şəkildə bəyan edilsə də onların nazil olma, tarixi və işarə etdiyi baxımdan izaha ehtiyacı vardır. Bəqərə surəsinin 30-cu ayəsində bu cür izaha ehtiyac olan bir mətləbə işarə olunur. Bu mətləb mələklərin insana fəsad törədən və qan tökən deməsidir. Ayədə buyrulur:

"Yadına sal ki, Rəbbin mələklərə dedi: Həqiqətən Mən yer üzündə  bir canişin qoyacam. Dedilər: Orada fəsad törədəcək, qan tökəcək birini qoyursan?..."

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, diqqət çəkən mətləb insanın fəsad və qan tökən olması və mələklərin bunu bilməsi məsələsidir. Mələklər haradan bilirdilər ki, insan qan tökən olacaq?

Bu ayədə qəsd olunan mətləb barəsində təfsir alimləri bir necə nəzərə işarə ediblər:

1- Birinci fikir budur ki, Mütəal Allah insanı xəlq etməmişdən öncə insan barəsində mələklərə bəzi məsələləri bildirmişdi. Yəni onlara verilən bu az bilgilər nəticəsində qismən də olsa insan barəsində təsəvvürləri var idi. Onlar, Allahın onlara verdiyi bu bilgilər vasitəsi ilə insanın hansı fəsadlar törədəcəyi qənaətinə gələ bilirdilər.

2- İkinci fikir budur ki, mələklər insanın torpaqdan, maddi ünsürdən xəlq edildiyini və yerdə yaşayacaqlarını eşitdikdə və yerin təbiətinə agahlıqları olduğu üçün bütün bu fəsadları insandan gözləyidilər. Təbiətən torpaqdan yaranan insana bütün torpağı versən belə doymaz, artını tələb edər.(Əl-Mizan)