Məşhur yapon yazıçısından


Digərləri 05 İyl 2018 23:47:00 315 0

Məşhur yapon yazıçısından

Haruki Murakami müasir yapon yazıçısı və tərcüməçisidir. Onu əsasən "Norveç meşəsi", "1Q84" romanlarının müəllifi kimi tanıyırlar.

Son.az publika.az-a istinadən insan ruhunda baş verən bütün və ən kiçik hissləri dəqiqliyinə qədər təsvir etmək qabiliyyətinə malik olan yazıçının romanlarında yer alan hikmətli fikirlərini təqdim edir:

1. Peşə ilk növbədə sevgi aktı olmalıdır. Və çox gec olmadan unutmayın ki, iş həyatın özüdür.

2. Məhəbbətsiz bir dünya qapalı pəncərə arxasındakı külək kimidir. Nə toxuna, nə də içinə çəkə bilirsən.

3. Mən əvvəllər düşünürdüm ki, insanlar ildən-ilə, tədricən böyüyürlər. Və məlum oldu ki, yox. Adam bir anın içində böyüyür.

4. Bahar yeni bir şeyə başlamaq üçün ilin çox yaxşı vaxtıdır.

5. Dünyada yanlış fikir olmur. Bizimlə uyğun olmayan fikirlər olur, vəssalam.

6. Meşədə ikən sən onun bir hissəsi olursan. Bütünlüklə, zərrələrinə qədər. Yağışa düşmüsənsə, yağışın bir hissəsisən. Yanımda oturursansa, mənim bir parçam olursan.

7. Şəhər həyatı sizə ayaqlarınızın altına baxmağı öyrədir. Dünyada səma olduğu həqiqətini kimsə xatırlamır. Bir-birimizi qucaqlayıb qorxumuzu bölüşürük.