İranlı nazir Trampın tvitlərinin neftin qiymətinə təsirindən danışdı


Dünya 05 İyl 2018 23:11:00 277 0

İranlı nazir Trampın tvitlərinin neftin qiymətinə təsirindən danışdı

ABŞ prezidenti xatırladıb ki, onun ölkəsi "qəpik-quruş" hesabına bir çox təşkilatlara üzv olan ölkələri qoruyur

ABŞ prezidenti Donald Trampın "Twitter"-də öz tvitləri ilə neftin qiymətinin artmasına səbəb olub.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu İranın OPEK-dəki nümayəndəliyinin rəhbəri Huseyin Kazımpur Ərdəbili bildirib.

"Sizin tvitləriniz bir barel üçün qiyməti ən azı minimum 10 dollara qədər artırdı. Zəhmət olmasa bunu dayandırın", - deyə İran rəsmisi bildirib.

Kazımpur Ərdəbili bəyan edib ki, Amerika lideri İran və Səudiyyə Ərəbistanı arasında gərginliyi artırmaq istəyir.