“Əsrin müqaviləsi” nə qoşulmayan qüvvələr əziyyət çəkəcəklər”


Dünya 05 İyl 2018 22:51:00 285 0

“Əsrin müqaviləsi” nə qoşulmayan qüvvələr əziyyət çəkəcəklər”

Azərbaycan, Gürcüstan və Türkiyənin BMT yanındakı daimi nümayəndəliklərinin "Cənub Qaz Dəhlizinin" bir hissəsi olan TANAP-la bağlı müraciəti əslində regionun siyasi oyunçularına və dünya ictimaiyyətinə bir işarədir. Onlar bildirirlər ki, özündə güc tapıb "Əsrin müqaviləsi" nə qoşulmayan qüvvələr tarixən daim əziyyət çəkəcək və regional əsarətdən və asılılıqdan xilas ola bilməyəcəklər.

Son.az "Report"a istinadən bildirir ki, bu sözləri mətbuata açıqlamasında müstəqil gürcü eksperti David Avalişvili söyləyib.

O deyib ki, "Cənub Qaz Dəhlizi" Avropa ilə Cənubi Qafqaz regionu arasında təkcə energetika sahəsində deyil, bütün sahələrdə əməkdaşlığı gücləndirəcək. Eyni zamanda, 40 milyard dollarlıq bu layihə enerji təhlükəsizliyində, sülhün təmin olunmasında və regional əməkdaşlıqda mühüm rol oynayacaq.