Azərbaycan dünyanın 25 ən təhlükəsiz ölkəsi sırasındadır


Dünya 05 İyl 2018 22:48:00 606 0

Azərbaycan dünyanın 25 ən təhlükəsiz ölkəsi sırasındadır

Azərbaycan Amerikanın ictimai rəy institutu olan "Gallup"un versiyasına görə, 2018-ci ildə dünyanın ən təhlükəsiz ölkələri siyahısında 25-ci yerdə qərarlaşıb.

Son.az "Report"a istinadən bildirir ki, sorğuda 142 ölkədən 15 yaşdan yuxarı 148 min nəfər, eləcə də Azərbaycandan 1000 nəfər iştirak edib.

Azərbaycan sorğunun nəticələrinə görə 85 bal toplayıb. Qonşu ölkələrdən Gürcüstan siyahıda 17, Ermənistan 69, Türkiyə 72, Rusiya isə 98-ci yeri tutub.

Sorğu zamanı sakinlərə gecələr şəhərdə tək gəzməyin mümkünlüyü, polisin işindən razılıq və son 12 ay ərzində onlara qarşı hücum və ya qarət aktının qeydə alınıb-alınmaması ilə bağlı sullar ünvanlanıb.