Kanadada anomal istilərin qurbanlarının sayı 33-ə çatıb


Digərləri 05 İyl 2018 22:31:00 278 0

Kanadada anomal istilərin qurbanlarının sayı 33-ə çatıb

Kanadanın Kvebek əyalətində anomal istilik nəticəsində ən azı 33 adam ölüb.

Bakı. Kanadanın Kvebek əyalətində anomal istilik nəticəsində ən azı 33 adam ölüb. Cümə axşamı bölgənin Səhiyyə naziri Lusi Şarlebua açıqlamasında bunu deyib. Onun sözlərinə görə, əyalətin ən böyük şəhəri olan Monrealda 33 nəfərdən 18-i ölüb. "Vətəndaşlar arasında yaranan sağlamlıq problemlərinin qarşısını almaq üçün bütün tədbirləri davam etdirməliyik" – nazir söyləyib.