Yuxuları xatırladan cihaz


Digərləri 05 İyl 2018 22:20:00 407 0

Yuxuları xatırladan cihaz

Xüsusilə yuxu ilə oyanıqlıq arasında gördüyümüz, ancaq xatırlamaqda çətinlik çəkdiyimiz yuxuları xatırlamaq artıq mümkündür.

Yuxu mərhələlərinin başında hipnotik olaraq xatırlanan yuxu ilə oyanıqlıq arasındakı andır. Bu anın olduqca əhəmiyyətli olduğu hesab edilir və keçmişdən gələn bəzi ifadələr də bunu dəstəkləyir.

Son.az deyerler.org-a istinadən bildirir ki, bir çox elm insanı, yuxunun bu mərhələsində gördüklərini xatırlamaq üçün müxtəlif üsullar istifadə etmişdir. Səbəbi isə məhsuldar və yaradıcı bir çox məlumatın yuxunun bu mərhələsində gözümüzün önünə gəlməsidir. Massaçusetts Texnologiya İnstitutunun media laboratoriyasında çalışan Adam Haar Horovitz, yuxunun və yuxuların beynə necə təsir etdiyini daha yaxşı anlaya bilmək və bu yuxuları xatırlamaq üçün bir cihaz yaratdı.