Hind milyarder 3500 işçisini istirahətə göndərir


Digərləri 05 İyl 2018 22:22:00 332 0

Hind milyarder 3500 işçisini istirahətə göndərir

Hindistanlı milyarder 3 min 500 nəfər işçisini mükafatlandırmaq üçün İstanbula tətilə göndərir.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 12 milyard dollar sərvəti olan iş adamı bir həftəlik istirahət üçün 10 milyon dollarlıq büdcə ayırıb.

Bunun üçün İstanbulun ən lüks 10 oteli kirayələnib. Adının açıqlanmasını istəməyən milyarder işçilərinə Türkiyədə xərcləmək üçün 1 milyon dollar pul da verib. 20 fərqli ölkədən İstanbula uçacaq işçilər tarixi yerlərlə tanış olacaq, Boğazda xüsusi gəmilərdə səyahət edəcək.