Telefon tərəvəzdən enerji yığdı


Digərləri 05 İyl 2018 22:10:00 362 0

Telefon tərəvəzdən enerji yığdı

İngiltərədə Ouen Luis adlı bir gənc olduqca fərqli bir üsul istifadə edərək texnoloji bir cihazı batareya ilə təmin etməyi bacardığını iddia etdi.

Son.az deyerler.org-a istinadən bildirir ki, çəkdiyi videoda soğan ilə reallaşdırdığı bir sıra əməliyyat sonrasında elektron cihazını sanki elektrikə taxar kimi istifadə etməni bacardı.

Yoldaşının verdiyi fikir ilə tərəvəzlərlə elektrik enerjisi çıxara biləcəyini düşünən Ouen Luis bunu reallaşdırdığı təcrübə ilə deyəsən sübut edə bilib.

Bu təcrübəsində soğan istifadə edərək işə başlayan gənc, nəhayət məqsədinə çatır.

Tərəvəzlərin hamısında ion var. Enerji içəcəkləri də bu ionları hərəkətə keçirəcək bir sıra məhlullara sahibdir.

Yəni uyğun şərtləri meydana gətirib enerji içkisi və tərəvəzlərdəki ion miqdarını bir araya gətirdiyinizdə, nəzəri olaraq belə bir elektrik enerjisinin ortaya çıxması olduqca realdır.