Kanadada anomal istidən ölənlərin sayı 33 nəfərə çatıb


Dünya 05 İyl 2018 21:56:22 276 0

Kanadada anomal istidən ölənlərin sayı 33 nəfərə çatıb

Ölüm hallarının 18-i Monrealda qeydə alınıb

Kanadanın şərqində yerləşən Kvebek əyalətində qeydə alınan anomal istilər səbəbindən azı 33 nəfər dünyasını dəyişib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı regionun səhiyyə naziri Lüsi Şarlebua deyib.

Onun məlumatına görə, 33 ölüm halından 18-i əyalətin iri şəhəri olan Monrealda qeydə alınıb.