Gülən 18 ölkəyə təlimat göndərdi


Dünya 05 İyl 2018 21:46:00 289 0

Gülən 18 ölkəyə təlimat göndərdi

"Paralel dövlət" terror təşkilatının lideri, hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülən təşkilatın üzvlərinə və rəhbər şəxslərinə Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğana qarşı yeni "savaşın" təlimatlarını verib.

Son.az oxu.az-a istinadən bildirir ki, iyunun sonlarında 18 ölkədə FETÖ qruplaşmasının rəhbər üzvləri gizli toplantılar keçirərək, liderlərinin onlara verdiyi yeni təlimatları müzakirə ediblər. Fətullah Gülənin Pensilvaniyada keçirdiyi yığıncağa isə təşkilatın idarəçiliyində iştirak edən 33 nəfər qatılıb.

Türkiyə kəşfiyyatına işləyən mənbələrdən alınan məlumatlara əsasən, bütün toplantılarda Gülənin göndərdiyi təlimatlar oxunub və müvafiq planlar üzərində müzakirə aparılılb. Həmin təlimatlar isə aşağıdakılardır:

- Yerləşdiyiniz ölkələrdə kamuflyaj olun və özünüzü cəmiyyətə qəbul etdirmək üçün həmin ölkələrin vətəndaşları ilə ailə qurun;

- Yaşadığınız ölkələrdəki sahibkarların Türkiyəyə investisiya yatırmasına mane olun və bizdən göndərilən bütün sərmayələri dayandırın;