İstivurmadan özünüzü qoruyun İlkin tibbi yardım


Digərləri 05 İyl 2018 21:35:00 286 0

İstivurmadan özünüzü qoruyun  İlkin tibbi yardım

Havaların isti keçməsi ilə əlaqədar may ayından iyulun 1-dək Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinə günvurma diaqnozu ilə 49 nəfər müraciət edib. Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə günvurma şikayəti ilə müraciət edən şəxslərin 21-nə ambulator yardım göstərilib, 28-nə isə orta dərəcəli günvurma diaqnozu qoyularaq stasionar tibb müəssisələrinə yerləşdirilib.

Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentindən bir neçə gündür, əhaliyə xəbərdarlıq edilir. Bu isə günvurma hallarını istisna etmir.

Günvurmadan qorunmaq üçün nə etməli?

Son.az medicina.az-a istinadən bildirir ki, terapevt Mətanət Cəfərovanın sözlərinə görə, günvurma zamanı doğru müdaxilə edilməzsə ölümlə belə nəticələnə bilər:

"İlk olaraq qeyd edim ki, günvurma halları ilə yanaşı istivurma halları da baş verə bilər. Günvurma günəş şüalarının altında çox qalmaqdan baş verirsə, hava çox isti olan zaman nəqliyyatda, bağlı mühitdə havalandırma yaxşı olmadığı zaman istivurma halları qeydə alınır".

Mütəxəssis günvurmanın əsasən 5 yaşından aşağı uşaqlar, hamilələr və 65 yaşından yuxarı insanlar üçün təhlükəli olduğunu bildirib: