30 saniyəyə pizza hazırlayan robot


Digərləri 05 İyl 2018 21:20:00 273 0

30 saniyəyə pizza hazırlayan robot

Məşhur pizza ustaları bu xəbərdən sonra biraz qorxa bilər. Çünki o incə tərzdə açdıqları xəmirləri və böyük reseptlərin eynisini bir robot da edə bilir. Bir Fransa şirkəti tərəfindən yaradılan robotun 3 qolu var və tam 30 saniyədə bir pizza hazırlaya bilir.

Son.az deyerler.org-a istinadən bildirir ki, adı "Ekim" olan bu pizza ustası robotun istehsalındakı əsl məqsədi, pizza istehsalını və təslimini sürətləndirməkdir. Reuters-in hesabatına görə üçqollu robot 24/7 rejimində xidmət edən bir restoranda işləyəcək. Əslində Ekim, italyalı bir şefdən daha sürətli deyil, lakin üç qola sahib olması səbəbi ilə birdən çox vəzifəni bir dəfəyə reallaşdıra bilir və saatda 120 pizza hazırlaya bilir. Bu da bir insanın edə biləcəyindən 3 dəfə çoxdur.