Azərbaycanın alternativ enerji mənbələri: mövcud vəziyyət,


Digərləri 05 İyl 2018 21:23:00 716 0

Azərbaycanın alternativ enerji mənbələri: mövcud vəziyyət,

Mingəçevirdə baş vermiş qəza bir daha alternativ enerji mənbələrindən istifadənin genişlənməsi məsələsini aktuallaşdırır. Ölkədə bu sahədə kifayət qədər potensial var. Alternativ və bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov "XəzərXəbər"ə mövcud vəziyyət və prespektivlər barədə danışıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycanda alternativ və bərpa olunan enerji növünün ümumi enerji balansındakı payı artırılmalıdır. Son hadisələr onu göstərdi ki, bu sahədə dayanıqlılığı təmin etmək üçün birdən çox vasitədən istifadə etmək zəruridir. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov bu fikirdədir.

Cəmil Məlikov deyir ki, Azərbaycanda alternativ və bərpa olunan enerji sahəsinə xüsusi diqqət yetirilir, bu enerji növünün ümumi enerji balansındakı payının artırılması isə əsas prioritetdir. Bu sahə üzrə hələ 2014-cü ildə Dövlət Proqramı qəbul edilib.

Həmçinin "Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair strateji yol xəritəsi"ndə də alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı məsələsi öz əksini tapıb. və bu sahədə Azərbaycanda külək və günəş enerjisindən istifadə üçün əlverişli imkanlar olduğundan qarşıdakı illərdə alternativ enerjidən istifadə daha da genişlənəcək.


Xəbərə aid video