İnternetin məşhurları


Digərləri 05 İyl 2018 21:15:00 241 0

İnternetin məşhurları

"Time" dərgisi sosial şəbəkələrdə təsir gücü yüksək olan 25 nəfərin siyahısını hazırlayıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, siyahıda siyasətçilər, populyar blogerlər, şou-biznes nümayəndələri və ictimai fəalların adları var. "Time" həm müsbət təsirə malik olanları, həm də narazılıq və qəzəb yaradanları siyahıya daxil edib. 

2018-ci il üzrə internetdə təsir gücü ən yüksək olan şəxslərin siyahısında müğənni Rihanna, model Kayli Cenner, "Baby Ariel" təxəllüsü ilə məşhur olan 17 yaşlı ifaçı Ariel Martin, ABŞ-da silah satışı üzərində nəzarətin gücləndirilməsini tələb edən Parklend aktivistləri və prezident Donald Trampın adları var.