Harada su yoxdur? — “Azərsu” açıqladı VİDEO


Digərləri 05 İyl 2018 21:18:00 275 0

Harada su yoxdur? — “Azərsu” açıqladı  VİDEO

Paytaxt ərazisində içməli su ala bilməyən ərazilər açıqlanıb. Artıq həmin ərazilərin içməli su ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir. Azərsu ASC-dən bildiriblər ki, yaranan su problemi əksər ərazilərdə bu gecədən aradan qaldırılacaq

Əhalinin fasiləsiz içməli su ilə təmin edilməsində yaranan problemin başlıca səbəbi elektrik enerjisinin verilməsində yaranan fasilə nəticəsində anbar su ehtiyatlarının azalmasıdır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ''Azərsu'' ASC-nin sözçüsü Anar Cəbrayıllının sözlərinə görə, hazırda anbarların doldurulması istiqamətində işlər davam etdirilir.

Anar Cəbrayıllı paytaxtda su ala bilməyən əraziləri də açıqlayıb. Həmin ərazilərin artıq böyük əksəriyyəri bu gün gecə saatlarına qədər su ilə təmin ediləcək


Xəbərə aid video