Şamaxıda avtomobil gölə düşdü


Digərləri 05 İyl 2018 20:52:00 259 0

Şamaxıda avtomobil gölə düşdü

Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Hacıqədirli kəndində qeydə alınıb. Rayon sakini, 1976-cı il təvəllüdlü Hacıyev İlqar Balakişi oğlu idarə etdiyi 90-LU-906 dövlət nömrə nişanlı "NİVA" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq kənardakı gölə düşüb. Avtomobil suda tamamilə batıb. Hadisə zamanı sürücü İlqar Hacıyev avtomobilin içində suda boğularaq ölüb. Ölən şəxsin meyitinin və avtomobilin sudan çıxarılması üçün hazırda tədbirlər görülür.

FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.