Aİ Rusiyaya qarşı sanksiyaları uzatdı


Dünya 05 İyl 2018 20:57:00 259 0

Aİ Rusiyaya qarşı sanksiyaları uzatdı

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini daha 6 ay uzadıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

"İyulun 5-də Şura Rusiya iqtisadiyyatının spesifik sektorlarına yönəlmiş sanksiyaları 2019-cu il yanvarın 31-nə qədər uzadıb", - deyə Şuranın bəyanatında bildirilir.