Azərbaycanda atasız uşaqların sayı açıqlandı


Digərləri 05 İyl 2018 20:46:00 243 0

Azərbaycanda atasız uşaqların sayı açıqlandı

Son iki ildə Azərbaycanda qeyr-rəsmi nikahda olan qadınlar tərəfindən doğulan uşaqların təxminən 30 faizi yalnız ananın ərizəsi əsasında Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələrində qeydiyyata alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, 2017-ci ildə Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan 22 796 uşağın 16 471-i hər iki valideynin, 6325-i tək ananın ərizəsinə əsasən, qeydiyyata alınıb. Tək ananın ərizəsi ilə qeydiyyata alınan uşaqlar ümumilikdə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların 27,75 faizini təşkil edib.

2016-cı ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların 30,5 faizi yalnız ananın ərizəsi ilə qeydiyyata götürülüb. Həmin ildə qeyri-rəsmi nikahda olan qadınlar tərəfindən doğulan 26 288 nəfər uşağın 18 262-i hər iki valideynin, 8026 nəfəri tək ananın ərizəsi ilə Qeydiyyat şöbələrində qeydiyyata alınıb.

Son 15 ildə tək ananın ərizəsi əsasında ən çox uşağın qeydiyyata alındığı il 2013-cü il olub. Həmin ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan 25 069 uşağın 14 197-sinin qeydiyyata alınması üçün yalnız ana müraciət edib.