Prezident İlham Əliyev "Qarabağ" neft yatağının işlənməsi haqqında sazişi təsdiqləyib


Digərləri 05 İyl 2018 20:42:00 253 0

Prezident İlham Əliyev "Qarabağ" neft yatağının işlənməsi haqqında sazişi təsdiqləyib

Prezident İlham Əliyev Risk xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanunu imzalayıb.

Bakı. Prezident İlham Əliyev “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Statoyl Azərbaycan Qarabağ BV və SOCAR Qarabağ LLSi arasında Risk xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanunu imzalayıb. 2018-ci il mayın 30-da Azərbaycan Dövlət Neft Şirkəti ("SOCAR"), Statoyl Azərbaycan Qarabağ BV (“Statoyl”) və SOCAR Qarabağ LLSi ("SOCAR Qarabağ") arasında Risk xidməti Sazişi bağlanıb. Sənədə əsasən “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Statoyl Azərbaycan Qarabağ BV və SOCAR Qarabağ LLSi arasında Risk xidməti Sazişi (bundan sonra - Saziş) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilir. Nazirlər Kabineti tərəfindən Sazişdə iştirak edən Podratçılara verilən Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri (bundan sonra - Hökumət təminatı) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilir. Sazişin əsas mətninə edilmiş on iki (12) Əlavə (bundan sonra - Əlavələr) qəbul edilir və onların həyata keçirilməsinə icazə verilir.