Masallıda iki avtomobil toqquşdu


Digərləri 05 İyl 2018 20:03:00 222 0

Masallıda iki avtomobil toqquşdu

Ələt-Astara yolunun Masallı rayonu, Təzəkənd kəndi ərazisindən keçən hissəsində "Ford" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü və 4 nəfər sərnişini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.