Tailandda turistləri daşıyan qayıqlar aşdı
Dünya 05 İyl 2018 19:45:00 480 0
Tailandın Phuket adasının cənubundə və cənub-qərbində bir günə iki turist qayığı aşıb.
Son.az Trend-ə istinadən bildirir ki, həmin qayıqlarda ümumilikdə 130-dan çox turistin olduğu bildirilir. Son məlumatlara görə, 90 nəfəri xilas etmək mümkün olub.
Hazırda bölgədə hərbçilərin də iştirakı ilə axtarış-xilasetmə işlər aparılır. Güclü külək və dalğaların axtarışlara mane olduğu bildirilir.
Mənbə: milli.az