Rayon Baytarlıq İdarələrinə istilərlə bağlı tapşırıq verilib


Digərləri 05 İyl 2018 18:55:00 271 0

Rayon Baytarlıq İdarələrinə istilərlə bağlı tapşırıq verilib

Dövlət Baytarlıq Xidməti havaların isti keçməsi ilə əlaqədar görülməsi vacib olan tədbirlərlə əlaqədar xəbərdarlıq yayıb.

Bakı. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti havaların isti keçməsi ilə əlaqədar görülməsi vacib olan tədbirlərlə əlaqədar xəbərdarlıq yayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, anomal hava şəraiti dövründə kənd təsərrüfatı heyvanları və ev quşları arasında qabaqlayıcı tədbirlərin yerinə yetirilməsi zəruridir.