Masallıda yük və minik maşınları toqquşub, 6 nəfər xəsarət alıb


Sosial 05 İyl 2018 17:43:27 354 0

Masallıda yük və minik maşınları toqquşub, 6 nəfər xəsarət alıb

Faktla bağlı araşdırma aparılır

Masallı rayonunda yük və minik maşınları toqquşub, nəticədə 6 nəfər xəsarət alıb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə hadisə Ələt-Astara magistralının Masallı rayonunun Təzəkənd dairəsində baş verib.

"Shacman" markalı yük maşını "Mercedes" markalı minik maşınla toqquşub. İlkin məlumata görə qəza nəticəsində "Mersedes" yoldan çıxaraq aşıb. Nəticədə minik maşınında olan 4 nəfər və yük maşınında olan 2 nəfər xəsarət alıb.

Yaralılar Masallı rayonunda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.