Bodrumda meşə yanır


Dünya 05 İyl 2018 17:43:00 282 0

Bodrumda meşə yanır

Türkiyənin cənub-qərbində Bodrum rayonunun Muğla vilayətində meşə ərazisində güclü yanğın başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, fövqəladə xidmət yanğının meşənin 3 ha ərazisini əhatə etməsi barədə bildirib. Xəsarət alanlar barədə məlumat verilməyib.

Hazırda yanğının lokallaşdırılması istiqamətində operativ işlər aparılır. Bu məqsədlə yanğınsöndürmə briqadası ilə bərabər vertolyotlar da prosesə cəlb edilib.