"Enerji məmurları xalqın istədiyini verə bilmədi, ancaq xalq Prezidentdən istədiklərini eşidə bildi"


Digərləri 05 İyl 2018 17:47:00 311 0

"Enerji məmurları xalqın istədiyini verə bilmədi, ancaq xalq Prezidentdən istədiklərini eşidə bildi"

2Prezident İlham Əliyevin müşavirədəki sərt və tələbkar çıxışı cəmiyyətimizin gözləntilərinə tam uyğun oldu".

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, əslində iki gün sıxıntılar içində yaşayan xalqımızın təmkinli davranışının istisnasız səbəbi bu oldu ki, xalq ən əhatəli sözü dövlət başçısından eşidəcəyinə möhkəm inanırdı, cəmiyyət şübhə etmirdi ki, hadisəyə səbəb olmuş əlaqədar sahə məmurlarına ölkə rəhbərliyinin münasibəti çox sərt olacaq:

"İnsanlar sonadək inamlarını itirmədilər və dövlət başçısının reaksiyasını anlayışla gözlədilər. Bu məqam xalqla şəxsən Prezidentin arasında qarşılıqlı etimadın nə qədər fundamental xarakter daşıdığını bir daha sübut etdi.