Bu gün axşam su veriləcək ərazilər açıqlandı: Köhnə və Yeni Günəşli, Zabrat, Hövsan...


Digərləri 05 İyl 2018 17:33:00 283 0

Bu gün axşam su veriləcək ərazilər açıqlandı: Köhnə və Yeni Günəşli, Zabrat, Hövsan...

Bu gün axşam saatlarından Bakının su ala bilməyən əksər hissəsinə su veriləcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə özəl açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

A.Cəbrayıllının sözlərinə görə, əhalinin fasiləsiz su ilə təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir:

"Ötən günlər su olmayan ərazilərin böyük bir hissəsi içməli su ilə təmin edilib, ancaq problemli ərazilər hələ də var. Su anbarlarındakı su ehtiyatları yığılmaqda davam edir. Ötən axşam da anbarlar doldurulub və əhalinin böyük bir hissəsinə su verilib. Sadəcə su ehtiyatı kifayət qədər olmadığından bəzi ərazilər su ilə təmin olunmayıb. Artıq anbar ehtiyatımızın 70-75 faizi yığılıb. Amma, yenə də çatışmazlıq var. Bu gün axşam, ən uzağı sabah Bakıya su əvvəlki rejimlə veriləcək. Köhnə Günəşli və Yeni Günəşli qəsəbələrinin bəzi yerlərində su problemi var idi. Bu gün Mehmandarov, Şıxlınski, İnqilab İsmayılov küçələrinin su ilə təmin olunması üçün anbarlara su vurulub. Yaxın dəqiqələrdə həmin ərazilərə su veriləcək. Zabrat qəsəbəsinin bir hissəsi su ilə təmin olunsa da, bir hissəsi qalmışdı. Bu gün axşam saatlarında həmin əraziyə də su veriləcək. Bu gün Aeroport yolunun kənarında olan Samir Əliyev küçəsinə su vermişik".