Aydın Quliyev: Enerji məmurları xalqın istədiyini verə bilmədi, ancaq xalq Prezidentdən istədiklərini eşidə bildi


Digərləri 05 İyl 2018 17:35:00 261 0

Aydın Quliyev: Enerji məmurları xalqın istədiyini verə bilmədi, ancaq xalq Prezidentdən istədiklərini eşidə bildi

Prezident İlham Əliyevin müşavirədəki sərt və tələbkar çıxışı cəmiyyətimizin gözləntilərinə tam uyğun oldu.

Bakı. Samir Əli - Prezident İlham Əliyevin müşavirədəki sərt və tələbkar çıxışı cəmiyyətimizin gözləntilərinə tam uyğun oldu. Bunu Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib. A.Quliyev bildirib ki, əslində iki gün sıxıntılar içində yaşayan xalqımızın təmkinli davranışının istisnasız səbəbi bu oldu ki, xalq ən əhatəli sözü dövlət başçısından eşidəcəyinə möhkəm inanırdı, cəmiyyət şübhə etmirdi ki, hadisəyə səbəb olmuş əlaqədar sahə məmurlarına ölkə rəhbərliyinin münasibəti çox sərt olacaq: "İnsanlar sonadək inamlarını itirmədilər və dövlət başçısının reaksiyasını anlayışla gözlədilər. Bu məqam xalqla şəxsən Prezidentin arasında qarşılıqlı etimadın nə qədər fundamental xarakter daşıdığını bir daha sübut etdi. Müşavirədəki çıxışla Prezident İlham Əliyev ölkənin enerji infrastrukturu ilə çox dərindən tanış olduğunu göstərdi. Məhz bu səbəbdən bəzi sahə məmurlarının qəzanın səbəbləri ilə bağlı bütün cəmiyyəti yanlış yollara yönəltmək səyləri baş tutmadı. Prezident İlham Əliyev xalqı aldatmaq və bununla da özünü təmizə çıxarmaq istəyən bəzi sahə məmurlarının niyyətlərini alt-üst etdi. Fikrimcə, ölkə hələ uzun müddət Prezidentin istilər bu qəzaya səbəb ola bilməzdi fikrini müzakirə edəcək. Enerji məmurları xalqın istədiklərini verə bilmədi, ancaq xalq Prezidentdən istədiklərini eşidə bildi. Prezident Əliyev sərt və tələbkar mövqeyi ilə xalqın “ürəyindən tikan çıxardı”. A.Quliyev qeyd edib ki, ölkə Prezidenti xüsusilə enerji infrastrukturuna lazım olan vəsaiti həmişə ünvanına yönəltdiyi halda bəzi məmurların ortaya qoyduğu yarıtmaz nəticə həqiqətən yolverilməzdir: "Dövlət başçısı çıxışında enerji sistemindəki boşluqlar və onların aradan qaldırılması yolları barədə, eyni zamanda enerji sisteminin qlobal çökmə risKlərindən ən etibarlı sığorta üsulları barədə bir konsepsiya təqdim etdi. Fikrimcə, bu konsepsiya əsasında ölkənin enerji təchizat sisteminin yeni keyfiyyət mərhələsi açılmalıdır”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin