Goranboyda iki minik avtomobili toqquşdu:


Digərləri 05 İyl 2018 17:18:00 311 0

Goranboyda iki minik avtomobili toqquşdu:

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Bakı-Qazax yolunun Goranboyun Azad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Suzuki" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər qadın sərnişin ölüb, biri uşaq olmaqla 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.