Rusiyada fövqəladə vəziyyət elan edildi


Dünya 05 İyl 2018 16:50:00 235 0

Rusiyada fövqəladə vəziyyət elan edildi

Rusiyanın Kabarda-Balkar respublikasında çayların daşma təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bölgədə yağan aramsız yağış nəticəsində Baksan çayının hövzədən çıxması təhlükəsi mövcuddur.

Bildirilir ki, daşan sel suları Elbrus dağlarının ətəklərində isə federal yolların 12 sahəsini, eləcə də 2 körpünü dağıdıb.